Həmsədrlər mayın sonunda gələcəklər
17 may 2013 18:43 (UTC +04:00)

Həmsədrlər mayın sonunda gələcəklər

0

Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub


 

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

 

“Həmsədrlər nazirlərlə görüşdə tərəfləri sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək addımlardan və çağırışlardan qaçmağa çağırıblar. Vasitəçilər nazirlərlə sülh üçün münbit şərait yaradacaq etimad mühitinin formalaşdırılması üçün görülə biləcək bir sıra tədbirləri müzakirə ediblər”. Bəyanatda qeyd olunur ki, həmsədrlər bu məsələləri Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün mayın sonunda regiona səfər edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar