Həmsədrlər: Prezidentlər görüşə razılıq verdi
05 noyabr 2013 23:18 (UTC +04:00)

Həmsədrlər: Prezidentlər görüşə razılıq verdi

“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərinə aydınlıq gətirmək və bu məsələdə gələcək addımları müzakirə etmək məqsədilə noyabrda görüş keçirmək niyyətində olduqlarını təsdiqləyiblər.

 

APA-nın məlumatına görə, bu barədə Minsk Qrupunun həmsədrlərinin bölgəyə etdikləri son səfərin nəticələrinə dair verdikləri birgə bəyanatında bildirilir.   

 

Bəyanatda vasitəçilərin prezidentlərin görüşünə hazırlıq işlərini davam etdirəcəkləri qeyd olunub. Həmsədrlər həmçinin tərəfləri "öz bəyanatlarında təmkinlilik nümayiş etdirməyə” çağırıblar.

 

“Xüsusən bu məqamda atılan hərbi addımlara yalnız sülh prosesinə zərər vermək cəhdi kimi baxmaq olar”, deyə bəyanatda bildirilir.  

 

Xatırladaq ki, Minsk Qrupunun həmsədrləri 4-5 noyabr tarixində Bakıya və İrəvana səfər ediblər. Səfər çərçivəsində onlar hər iki ölkənin prezidentləri, XİN rəhbərləri və müdafiə nazirləri ilə görüşlər keçiriblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar