Gürcüstan məscidlərində hər cümə “Qazi Qarabağ azanı” səslənəcək
28 aprel 2014 15:39 (UTC +04:00)

Gürcüstan məscidlərində hər cümə “Qazi Qarabağ azanı” səslənəcək

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - haqqın və haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Tiflisdə Bütün Gürcüstan Müsəlmanları İdarəsində keçirib. Lent.az-a verilən məlumata görə, tədbirdə “Qazi Qarabağ azanı” hər iki variantda səsləndiriləndən sonra Gürcüstan Müsəlmanlarının şeyxi Hacı Ramin İgidov çıxış edib. O, Gürcüstan və Azərbaycanın mehriban qonşuluq və qardaşlıq səviyyəsində inkişaf edən münasibətlərindən söz açaraq, hər iki ölkənin eyni ağrını daşıdığını diqqətə çatdırıb. Gürcüstan müsəlmanlarının şeyxi hər iki qonşu, dost ölkənin əzəli torpaqlarının işğala məruz qaldığını diqqətə çatdırıb. O bildirib ki, bu gündən Gürcüstan məscidlərində hər cümə günü “Qazi Qarabağ azanı”nın səsləndiriləcək.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Qazi Qarabağ azanı”na sahib duran Azərbaycan dövlətinin tezliklə doğma Qarabağı işğaldan azad edəcəyinə əminliyini deyib. O, Gürcüstan müsəlmanlarını məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan radikal dini təfkirəçi qüvvələrə qarşı mübarizədə bir olmağa çağırıb.

Tədbirdə iştirak edən şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev isə Gürcüstan azərbaycanlılarının “Qazi Qarabağ azanı”na mütləq dəstək verəcəyinə inandığını və bu müqəddəs işdə şəxsən yardım edəcəyini deyib.

Tədbirdə tanınmış din xadimləri, ziyalılar, gənclər iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar