Gülnarə Kərimova yenə danışdı: “Anam atamla görüşməyimə imkan vermir” - MÜSAHİBƏ
08 dekabr 2013 20:58 (UTC +04:00)

Gülnarə Kərimova yenə danışdı: “Anam atamla görüşməyimə imkan vermir” - MÜSAHİBƏ

Onun atasından sonra prezident olacağına qəti gözü ilə baxılırdı. Amma bir il içərisində ailəsinin bütün üzvləri demək olar ki, ona qarşı çıxdı. Şirkətləri bir birinin ardınca bağlandı, bank hesabları donduruldu. Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova "atamın imicinə zərər verməyəcək bir müsahibə olacaqsa, razıyam", deyərək həyatı ilə bağlı Türkiyənin "Hürriyyət" qəzetinə müsahibə verib. ANS PRESS müsahibədən bir hissəni təqdim edib.

 

-Özbəkistanda qurduğunuz media imperatorluğu təzyiqlərə məruz qalır. Bu vəziyyətə necə düşdünüz, sizinlə ədalətli davranıldığını düşünürsünüz?

 

- Əvvəlcə bir media imperiyasına sahib olduğumu demək olmaz. Son 3 həftədə özəl kanallar,radio və ictimai təşkilatlar üzərində qəribə bir təzyiq yaranıb. Bəziləri bağlandı, bəzilərinin fəaliyyəti məhdudlaşdırldı. Hər gün yeni problem çıxır. Artıq mən belə kimin başına nə gəldiyini izləyə bilmirəm.

 

- Bəs siz?

-

 12 ildir 40-a yaxın fərqli vəqf və ictimai toplum quruluşunda işləyirəm. "Fund Forum" adı altında hamısını birləşdirmişik. Xərçənglə mübarizədən tutmuş, qadın haqları, imkanı olmayan uşaqlara təhsil vermək kimi bir çox sahədə işlər görürük. Büdcənin 90 faizi xeyriyyəcilərin hesabına yaradılır. Bu günə qədər şəxsi hesablarımda, vəqflərimin büdcələrində qanunsuzluq tapılmayıb. Amma mənə yaxın olan yardım təşkilatlarının hesabları dondurulub. Həkimlərə zorla sənəd yazdırıb xəstələri xəstəxanalardan qaçırdırlar. Amma mənim səssiz qalmaq yerinə, səsimi çıxarmağım hamını şok etdi.

 

- Bütün bu hadisələr niyə baş verdi?

 

- Ölkəmdə böyük dəstək görsəm də, xaricdən əleyhimə olan elə böyük bir lobbi var ki, artıq nə eşitsəm də təəcüblənmirəm. Son 10 ildə diqqət çəkən yaxşı işlərim olmasaydı məni paramparça etmək üçün üstümə bu qədər gəlməzdilər. Üstəlik bunu edənlər maliyyə cəhətdən çox güclüdürlər. İşin pis tərəfi bəzilərinin ailə üzvləri olmasıdır. Yeni seçki ili - 2015-ci il yaxınlaşdıqca vəziyyət daha da gərginləşir.

 

- Üzərinizə gələnlər kimlərdir?

 

- Mən kimsənin duymaq, ya da söyləmək istəmədiyi şeyləri deməkdən çəkinmirəm. Amma pul gücü, güc də pulu doğurur. Əmr dəmiri kəsir. Bunun üçün müsahibə vermirəm. Amma sizə istisnalıq etdim. Ümid edirəm dediklərimi olduğu kimi yayarsınız.

 

Yaxın ailə dostlarımız, uşaqlıq yoldaşlarım, yüksək rütbəli gizli xidmət əməkdaşlarından çoxunun nə işlərlə məşğul olduğunu bilirəm. Yaxın zamanlarda hamısı təbii qaz, taxılçılıq, rabitə, nəqliyyat, inşaat kimi sektorlarda gücləniblər. Atanmla olan problemimizə gəldikdə son zamanlar onunla mübahisə belə etməmişik. Hər şey bacım Lolanın BBC-yə müsahibəsindən sonra başladı.

 

O müsahibəni verməyə məcbur oldu. Bir bankdan başqasına 400 milyon dollar pul köçürməyə çalışırdı. Amma sənədlərindən birində problem olduğu üçün bunlar ortaya çıxdı. Bütün hesabları donduruldu. Bundan sonra ana-bala özlərini təmizə çıxarmaq üçün müsahibə verdilər. Cavabları atamın etibarını zədələyəcək formada idi. Amma onlar öz etibarlarına önəm verdilər. Gülnarə kimi "rəngli" xarakterlə işimiz yoxdur dedilər. Bununla bərabər mediada haqqımda inanılmaz ucuz və iyrənc iddialarla dolu məqalələr çıxmağa başladı. Qaralama kampaniyası başladı. Atamın bilmədiyi isə odur ki, əleyhimə olan bütün bu kampaniyanı Lolanın 3-cü əri Timur Tillyaev və təhlükəsizlik xidmətinin bir necə rəsmisi edir. Anam xalam oğlu Əkbər Abdullayevin həbsindən sonra mənim əleyhimə işləməyə başladı. Güclü lobbisi olduğu üçün bir ay yarımdır nə atamı görə, nə də onunla əlaqə qura bilirəm.

 

-2015-ci il seçkilərində namizəd olacaqsınız?

 

- Əsla prezident olmaq kimi bir iddiam olduğunu deməmişəm. Bununla bağlı təşvişə düşənlər üçün qəti sözümdür. Tək etmək istədiyim şey ailəmi qorumaq və dəstəkləməkdir.

 

Bacım kimi özümü müqəddəs göstərmək niyyətim yoxdur. İsveçrə, Fransa kimi iş gördüyüm ölkələrdə evlərim var. Rusiyadakı evimi yenicə satmışam. Müxtəlif sərmayələrim də var.

 

Mən hələ də Özbəkistandayam. Problemləri həll etməyə, ehtiyacı olanlara kömək etməyə çalışıram.

 

- Sizi civə ilə zəhərləməyə çalışdıqlarını demişdiniz?

 

 

- 2011-ci ildə səhhətim çox pisləşdi. Keçmədiyim test qalmadı. Ən sonunda qanımda civə, gümüş və sink kimi ağır metalların normadan çox olduğu müəyyən edildi. Oğlum və mən zəhərlənmişdik. Bunları mənim uydurduğumu dedilər. Amma test nəticələrini göstərə bilərəm. Bunu kimin və necə etməsi barədə bəzi fikirlərim var. Amma arxasında kimin dayanması barədə 100 faiz əmin deyiləm.

 

 

-"Twitter" hesabınız tez-tez açılıb bağlanır. Dürüst olmaq gözəldir, amma nə üçün bütün dünyanın gözü önündə ailənizlə söz savaşına girirsiniz?

 

 

- "Twitter" mənə müstəqil və dürüst şəkildə vəziyyəti izah etməyə imkan verir. Sadəcə özümə deyil, ailəmə, mənimlə çalışanlara, onların ailələrinə qarşı məsuliyyətim var. Sadəcə Timur Tillyaev kimi haqqımda əsassız və çirkin iddialar yaynlara qarşı özümü müdafiə etdim.

 

Deyildiyi kimi mən nə anamı, nə də bacımı mənə cadu etməklə ittiham etmədim. Onlarla mübahisəmin səbəbi bir uşaq evinin pilləkənlərində yazılan duanı anamın mühafizəçilərinə sildirməsinin nə qədər anormal olduğunu yazmağım olub. Həyatda bəzi şeyləri seçə bilmirik. Yaxınlarımız da bunlardan biridir. Bacım “12 ildir görüşmürük” deyir. Amma 4 il öncə Parisdə bir yerdə necə yemək yemişik, necə mesajlaşmışıq biz?

 

- Uşaqlıq və gəncliyiniz necə keçib?

 

- Atam prezident olanda mənim 20 yaşım var idi. Uşaqlığımı normal keçirdiyim üçün şanslıydım. Riyaziyyat üzrə təhsil almışam. Evlənənə qədər bacımla çox yaxın idik. Amma işin içinə pul, siyasət və güc girəndə hər şey dəyişir. Qısqanclıq və həsəd ailə birliyini pozur. Atama hörmətim böyükdür. Uşaqlıda az yorulduğu üçün mənimlə daha çox vaxt keçirirdi. Mənə yanlışı doğrudan ayırmağı öyrədib.

 

- Ətir təqdimatınıza Halit Ergenci də dəvət etmişdiniz. (red."Muhteşem Yüzyıl" serialının baş qəhrəmanı Sultan Suleyman Qanuni). Onun filmini izləyirsiniz?

 

 

- "Muhteşem Yüzyıl"ı təsadüfən izləməyə başladım. Adətən belə serialları izləməyi sevmirəm. Amma bu serialı çox bəyəndim. Siyasət hər zaman dünyadakı ən çirkin şeydir. Hər şeyi məhv edir, zərər verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4049
avatar

Oxşar yazılar