Sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçiriləcək.
APA-nın xəbərinə görə, eyni zamanda yüksək səviyyəli GUAM-ABŞ, GUAM-Yaponiya və GUAM-Sakit okean alyansı formatında görüşlər baş tutacaq.
Toplantılara hazırlıq məsələləri Ukraynanın xarici işlər naziri Leonid Kojara və GUAM baş katibi Valeri Çeçelaşvili arasında keçirilən bugünkü görüşdə müzakirə olunub.
GUAM Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun təmsil etməsi gözlənilir.