“Azərbaycanda prezident seçkiləri rəqabətlilik ruhunda keçib”. APA-nın məlumatına görə, bu barədə GUAM müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib. O qeyd edib ki, missiyaya Gürcüstan və Ukrayna parlamentinin nümayəndələri, ümumilikdə 4 nəfər daxil olub.
V. Çeçelaşvili deyib ki, müşahidəçilər 35 seçki məntəqəsində müşahidə aparıb və müşahidələrə əsasən seçkilər beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına uyğun keçirilib: “GUAM seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etməyib. Seçkiləri azad və ədalətli kimi dəyərləndirmək olar. Əminəm ki, səslərin sayılması da vaxtlı-vaxtında, Azərbaycan qanunları çərçivəsində keçiriləcək”.