Gerhard Şröder Azərbaycandan danışdı
17 aprel 2013 15:37 (UTC +04:00)

Gerhard Şröder Azərbaycandan danışdı

0

Almaniyanın sabiq kanslerinə “Azərbaycan” adlı kitab silsiləsi hədiyyə edilib

 

Bu gün Almaniya Azərbaycanlı Gənclər Birliyinin (AAGB) rəhbəri, Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Elnur Richter Almaniyanın sabiq kansleri Gerhard Şröder ilə görüşüb.

 

Dünya Azərbaycanlı Gənclər Birliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı AAGB-nin prezidenti rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, xalqımızın mədəni irsinin Almaniyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri barədə ətraflı məlumat verib.

 

Gerhard Şröder tarixi baxımdan olduqca qısa bir müddətdə Azər­bay­canın müs­tə­qil döv­lət ki­mi bü­tün dün­ya­da ta­nı­nmasında və dün­ya bir­li­yin­də öz la­yiq­li ye­ri­ni tutmasında əldə etdiyi misilsiz nailiyyətlərini vurğulayıb.

Görüşün sonunda Gerhard Şröderə Heydər Əliyev Fondunun “Azərbaycan” adlı kitab silsiləsini hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1156

Oxşar yazılar