Gənclər üçün Təhsil Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən beynəlxalq seminarda ölkəmizi təmsil edir.
Müasir təlim metodologiyasına həsr olunmuş seminarda müxtəlif Avropa ölkəsindən 20 nəfər təlimçi iştirak edir.
Seminarın əsas məqsədi qeyri-formal təhsil metodologiyasının tətbiqində gənclər təşkilatlarının bilik və bacarıqlarının təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəzin informasiya bölməsinin rəhbəri Qızılgül Teyyubovanın sözlərinə görə seminarda iştirak edən təlimçilərlə Almaniyanın müxtəlif qeyri-formal təhsil mərkəzlərində vacib görüşlər və təcrübə mübadilələri də təşkil olunacaq.