Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Şəhərdə 147 min 272 nəfərin adı seçici siyahısına salınıb. APA TV-nin xəbərinə görə, seçkiyə 3 gün qalmış hərbi hissələrdə və 1 saylı istintaq təcridxanasında 7 məntəqə yaradılıb. Burada 7426 nəfər seçici siyahıya alınıb. Gəncədə olan məntəqələrin 40-da veb-kameralar quraşdırılıb ki, gün ərzində seçki prosesi canlı olaraq, internet vasitəsi ilə yayımlanır. 31 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Dairə Seçki Komissiyalarından verilən məlumata görə, şəhərdə 28 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyalar, 1064 nəfəri isə öz təşəbbüsləri ilə səsvermə prosesini izləyəcək. Beynəlxalq müşahidəçilərdən isə 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edəcək.