Azərbaycan prezidentliyinə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verib.
APA-nın xəbərinə görə, F.Quliyev seçki məntəqəsinə ailə üzvləri ilə birlikdə gəlib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb: “Hazırda seçki prosesi şəffaf davam edir”.