Ermənistanın Naxçıvana vurduğu ziyan hesablanır
18 sentyabr 2013 10:31 (UTC +04:00)

Ermənistanın Naxçıvana vurduğu ziyan hesablanır

Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru Xanhüseyn Kazımlının rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan itki və tələfatların qiymətləndirilməsi üzrə könüllülərdən ibarət İşçi Qrupu Ermənistan tərəfindən Naxçıvana  vurulmuş ziyanın hesablanmasına başlayıb.

İşçi Qrupunun üzvü Faiq İsmayılovun Lent.az-a verdiyi məlumata görə, keçən əsrin  90-cı illərindən başlanan erməni separatizminin və təcavüzünün genişlənməsi  nəticəsində Naxçıvan  Muxtar Respublikasının Azərbaycanın digər əraziləri arasında  birbaşa  yerüstü quru əlaqələri kəsilib.

Dəmir yolu xəttində ermənilər tərəfindən  törədilən müxtəlif təxribatlar və dinc insanlara qarşı terror aktları,  bu nəqliyyatın fəaliyyətinin tamamilə dayanmasına səbəb olub. Bu isə Naxçıvanın blokadası ilə nəticələnib. Ermənistan tərəfindən məqsədli şəkildə yaradılan bu  blokada Azərbaycanın  tərkib hissəsi olan  Naxçıvana  hər il yüz milyonlarla manat iqtisadi ziyan  vurur. Əgər indiyə kim dəmir yolu fəaliyyət göstərsəydi, yük daşımaları sovet dövrünə nisbətən hazırda 2-3 dəfə arta bilərdi. Bu isə Naxçıvanın daha da inkişaf etməsinə və çiçəklənməsinə səbəb olardı. Faiq İsmayılov bildirib ki, 20 ildən ardıq müddət ərzində dəmir yolunun kəsilməsi və şose yolunun bağlanması nəticəsində Naxçıvan Muxtar Respublikasının  iqtisadiyyatına və mədəni həyatına dəyən bütün zərərlər, eləcədə bu illər ərzində Muxtar Respublikanın müdafiəsi üçün Azərbaycan Respublikasının büdcəsindən ayrılan pullar da kompensasiya şəkilində Ermənistan tərəfindən Azərbaycana ödənilməlidir.

İşçi Qrupu tərəfindən Ermənistanın Naxçıvan Muxtar Respublikasına vurduğu ziyanla bağlı araşdırmanın nəticələri barədə  mətbuata əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3068
avatar

Oxşar yazılar