Ermənistanın işğalda olan ərazilərə cəlb etdiyi investisiya - CƏDVƏL
11 sentyabr 2013 13:41 (UTC +04:00)

Ermənistanın işğalda olan ərazilərə cəlb etdiyi investisiya - CƏDVƏL

0

Ermənistan hökuməti Dağlıq Qarabağda məskunlaşdırmanı sürətləndirmək üçün xarici ölkə şirkətlərinin fəaliyyətindən yararlanır.


 

Bu barədə APA-ya Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyindən məlumat verilib.

 

Təşkilatın araşdırmaları nəticəsində məlum olub ki, Ermənistan hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilib. Bu şirkətlərin bir çoxunun Qarabağdakı fəaliyyəti rəsmi şəkildə qeyd olunmasa da, faktiki olaraq rəsmi qeydiyyatda olan təşkilatların fəaliyyətində maraqlı nəticələr qeydə alınıb. Belə ki, Ermənistan da daxil olmaqla, Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəssisələrinə 35 096 500 dollar investisiya yatırır. Bunun da hesabına Qarabağda 1325 daimi iş yeri açılıb.  

 

Qarabağda fəaliyyət göstərən xarici ölkələrin şirkət rəhbərləri eyni zamanda burada özlərinin 6 törəmə, yəni yerli müəssisələrini də yaradıblar. Belə ki, onlar bu törəmə müəssisələrə hər il 2 745 300 dollar investisiya yatırmaqla, burada daha 400 nəfərlik daimi iş yeri yaratmağa nail olublar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800 dollar investisiya qoyulur. İşğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlər əsasən telekommunikasiya, parket kafel istehsalı, tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı, ağac emalı və digər fəaliyyət növləri ilə məşğul olurlar.

 

Xarici ölkələrin aparıcı şirkətləri tərəfindən Dağlıq Qarabağa qoyulan investisiyalar və yaradılan iş yerlərinin sayı (1999-2012):

 

 

Şirkətlərin adları

 

İnvestisiyanın miqdarı

Yaradılan iş yerlərinin sayı

 

Fəaliyyət sahəsi

 

Ölkələrin adları

Xarici ölkə şirkətləri tərəfindən qoyulan investisiyalar

1. Karabakh Telecom Co

$15,000,000

30

telekommunikasiya

Livan

2. ATA-Vank-Les Co.

$1,500,000

120

Parket, kafel istehsalı

ABŞ

3. Sirkap Armenia Co

$1,500,000

50

Otel biznesi

İsveçrə

4. Haik Watch and Jewelry Co.

$1,200,000

118

Zərgərlik malları

İsveçrə

5. ArtsakhBank Co.

$1,000,000

 

Bankçılıq

İsveçrə

6. Sirkap Armenia Co.

$650,000

85

Tikinti materialları

İsveçrə

7. Iceberg-A

$500,000

9

Soyutma sistemləri

Rusiya

8. Arvard Co.

$380,000

37

Süd məhsulları

ABŞ

9. Shishmanian Ltd.

$350,000

20

Qida emalı, makaron istehsalı

Monako

10.Andranik Shpon Co.

$340,000

25

Ağac emalı

İsveçrə

11. Mika Ltd.

$287,000

 

Şərabçılıq

Birləşmiş Kralliq

12. Australia Nairi Ltd.

$200,000

17

Otel biznesi

Avstraliya

13. Yerkir Tour Co.

$200,000

19

Otel biznesi

ABŞ

14. Sasun Co.

$123,000

12

Polietilen boru istehsalı

İran

15. Minasian Co.

$100,000

35

Xalça istehsalı

ABŞ

16. Oil Cracking Co.

$100,000

20

Neftayrıma

Rusiya

17. Artsakh Gorg Ltd.

$50,000

45

Xalça istehsalı

ABŞ

18. Stepanakert Bread Factory Co.

$26,000

 

Çörək, makaron məmulatları

ABŞ

 

CƏMİ

 

$23,506,000

 

642

 

 

 

 

 

 

 

 

 

 

Ermənistan Respublikası tərəfindən qoyulan investisiyalar

Base Metals Ltd.

$10,000,000

320

Metal mədənləri

Ermənistan

ArtsakhCable Co.

$500,000

23

Kabel istehsalı

Ermənistan

Nairi Ltd.

$442,600

150

Şərabçılıq

Ermənistan

Lusakert Ltd.

$300,000

150

Quşçuluq

Ermənistan

ArmTechnoMashExport Co.

$203,600

 

Müalicəvi çay istehsalı

Ermənistan

Max Wood Ltd.

$144,300

40

Ağac emalı

Ermənistan

 

Cəmi

 

$11,590,500

 

683

 

 

Qarabağın təbii resursları hesabına yaradılan yerli şirkətlər

Artsakh Alco CO.

$1,500,000

96

Şərab, araq və spirt istehsalı

 

Shoe Factory Co.

$494,300

114

Geyim istehsalı

Qarabağ

Varanda Co.

$260,000

30

Çəllək istehsalı

Qarabağ

Urartu

$160,000

70

Almaz cilalama

Qarabağ

GF Ltd.

$130,000

18

Mebel istehsalı

Qarabağ

Arj Co.

$85,000

25

Konserv istehsalı

Qarabağ

Dvin Ltd.

$70,000

18

Quşçuluq

Qarabağ

Narek Co.

$46,000

29

Konserv istehsalı

Qarabağ

 

Cəmi

 

$2,745,300

 

400

 

 

Ümumil cəmi

$37 841 800

1725

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1077

Oxşar yazılar