“Ermənilər Dağlıq Qarabağda yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Çünki Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
Ermənistan-Türkiyə münasibətlərinə toxunan E.Şarmazanov qeyd edib ki, bu məsələdə qəbuledilməz məqamlar var: “Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir”.