Ermənistan BMT-yə Azərbaycanın ittihamlarını araşdırmağı təklif etdi
23 oktyabr 2013 11:50 (UTC +04:00)

Ermənistan BMT-yə Azərbaycanın ittihamlarını araşdırmağı təklif etdi

Ermənistanın baş naziri Tiqran Sarkisyan BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsinə Dağlıq Qarabağ ərazisindən narkotiklərin tranziti məqsədilə istifadə olunduğuna dair iddialarla bağlı araşdırma aparılmasını təklif edib.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təklif T. Sarkisyanın BMT baş katibinin müavini, Narkotiklər və cinayətkarlıq üzrə idarənin icramı direktoru Yuri Fedotovla görüşündə səslənib.

 

“Çərşənbə axşamı keçirilən görüşdə Sarkisyan Fedotovun diqqətini guya Dağlıq Qarabağın narkotrafik üçün tranzit ərazi olduğuna dair Azərbaycanın yaydığı dezinformasiyaya cəlb edib və bu ittihamları əsassız adlandırıb”, deyə Ermənistan baş nazirinin mətbuat xidmətinin açıqlamasında bildirilir. T. Sarkisyan BMT-yə müvafiq təhqiqat aparılmasını təklif edib. Təklifə BMT nümayəndəsinin hansı cavabı verdiyi açıqlanmayıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Oxşar yazılar