Xocalı faciəsinin ildönümü ərəfəsində erməni hakerlər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına hücum ediblər. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 24-dən başlayaraq, bu günə qədər AMEA iki rəsmi saytı – www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.
Bildirilib ki, hücumlarla bağlı mərkəzin saytlarında bəzi problemlər yaranıb. Hazırda hər iki saytda məlumatların bərpası prosesi aparılır.