“Ermənistan-Türkiyə sərhədində rus əsgərləri yox, erməni əsgərləri dayanmalıdır”.
APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bunu “irs” partiyasının deputat fraksiyasının üzvü Ruben Akopyan parlamentdəki çıxışında bildirib.
O, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsinə də toxunub: “Biz rus əsgərinə necə deyə bilərik ki, sərhədimi qoru, türk sərhəd pozucularına atəş aç, amma biz iqtisadi baxımdan sizinlə deyil, Avropa ilə inteqrasiya edəcəyik? Ona görə də sərhədlərimizi öz vətəndaşlarımız qorumalıdır”.
R.Akopyan qeyd edib ki, Ermənistan bu və ya digər güc mərkəzi ilə əməkdaşlıq haqqında balanslaşdırılmış qərarlar qəbul etməli, milli maraqları onlara tabe etməməlidir.