Elşad Abdullayev daha bir müğənninin adını çəkdi
11 may 2013 14:25 (UTC +04:00)

Elşad Abdullayev daha bir müğənninin adını çəkdi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayev eks-millət vəkili Gülər Əhmədova barəsində açılan cinayət işi ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ünvanlayıb.

 

Bu barədə Modern.az-a Elşad Abdullayev özü məlumat verib.

 

E. Abdullayevin müraciətində Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə əlaqədar zərərçəkmiş şəxs kimi istintaqa müəyyən məqamları yazıb.

 

“Mənim doğma qardaşım, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü il tarixdə saat 10:30 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Məhz qardaşımın ogurlanmasının səhərisi günü, 14 oktyabr 2003-cü il tarixində saat 08-09 radələrində deputat Gülər Əhmədova və Sevinc Babayeva mənim iş otagımda-Azərbaycan Beynəlxalq Universitetinin rektorlugunun qəbul otagında məni gözləyirdilər, həmin an onları qəbul etdim. Gülər Əhmədova ov şikarı üstünə gəlmiş ovcu kimi məni təhdid edib  üstümə gələrək bildirdi ki,  Mahirin mənə 600 $ (ABŞ dolları) borcu vardır.

 

Mən Gülər Əhmədovaya bildirdim ki, heç narahat olmayın, əgər qardaşım Mahir mənə bildirsə ki, sənə 600 $ borcu var şəxsən mən həmin pulu özüm sənə qaytaracagam.  Gülər Əhmədovanın bu 600 $ eyhamını mən Əli Zəngilanskinin video-görüntülərində dediyi kimi Mahiri müğənni Mətanət İsgəndərlinin evindən DİN-in Banditizm İdarəsinə aparılan günü onun  əl sumkasından  600 min dolların götürülməsi kimi başa düşürəm. Mahir ogurlanana qədər 05 oktyabr 2003 il tarixində “Yaşıl Ada” restoranında Arzu Kazımovla müğənni Mətanət İsgəndərli və ikinci arvadı mügənli İradə İlkinlə Mahirə “Müğənni Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı təhdidedici məqaləsini verərək, 2 milyon dollar tələb etmişdir, o isə müğənni Mətanət İsgəndərlinin evindən ogurlanan günü 600 min dollar vermişdir, lakin müğənni Mətanət İsgəndərlinin evində Mahirlə dava salmış şəxslər pulun qalanını da tələb etmişlər. Məlumdur ki, biznesmen-deputat Gülər Əhmədovanın 600 dollara ehtiyacı yoxdur və belə durumda gəlib məndən 600 dollar tələb edir, sadəcə olaraq 600 min dolların necə əldə etməyin yollarını düşünürdü. Birdə ki, zərərcəkmişin tempuraturunu bilmək istəyirdi.

 

Diqqəti cəkən məqamlardan biri də odur ki, mən deputat Gülər Əhmədovanı və Sevinc Babayevanı söhbət edib yola saldıqdan sonra ABU rektorlugunun qəbul otagında ilk dəfə gördüyüm , hazırda həbsdə olan Arzu Kazımovun vasitəçisi Rövşanə Əliyeva da mənimlə görüşmək ücün israr edirdi. Rövşanə Əliyeva bir necə gün gəlib getdikdən sonra , o, mənə bildirdi ki, Sizinlə Mahirlə baglı söhbət etmək istəyirəm və ilk dəfə olaraq həmin günü məni Arzu Kazımovla görüşdürdü”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3286
avatar

Oxşar yazılar