Elnur Sultanov San Paolo şəhərinə işgüzar səfər edib
12 sentyabr 2013 10:26 (UTC +04:00)

Elnur Sultanov San Paolo şəhərinə işgüzar səfər edib

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov San Paolo şəhərinə işgüzar səfər edib və bir sıra görüşlər keçirib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, San Paolo şəhərinin meri Fernado Haddad ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə əməkdaşlığın yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

 

Elnur Sultanov Fernando Haddada Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanın xarici və daxili siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib.  San Paolo ştatının qubernatorunun beynəlxalq məsələlər üzrə müşaviri Rodriqo Tavares ilə keçirilmiş görüş zamanı isə  San Paolo ştatı və Azərbaycan arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə təmasların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

San Paolo ştatının Sənaye Federasiyasının rəhbərliyi ilə keçirilmiş görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, biznes imkanları barədə məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə edilib. Elnur Sultanov Azərbaycanın surətli iqtisadi inkişafı, ölkə iqtisadiyyatının uğurlu diversifikasiyası, xarici investorlar üçün yaradılmış cəlbedici biznes iqlim barədə ətraflı məlumat verib. Federasiya tərəfindən San Paolo ştatının iqtisadi inkişafına dair təqdimat həyata keçirilib.

 

Sentyabrın 4-dən San Paolo şəhərində başlamış Azərbaycan bədii filmlərinin nümayişi çərçivəsində səfir Elnur Sultanov Braziliyalı tamaşaçılarla  keçirdiyi görüşdə Azərbaycanın qədim və zəngin mədəniyyəti, o cümlədən milli kinonun tarixi və müasir inkişafı barədə məlumat verib və tamaşaçıların çoxsaylı suallarını cavablandırıb. Keçirilmiş bütün görüş və tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafına dair müxtəlif nəşr və materiallar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar