Elmar Məmmədyarovun İƏT Nazirlər Şurasına sədrlik etdi - FOTO
27 sentyabr 2013 13:57 (UTC +04:00)

Elmar Məmmədyarovun İƏT Nazirlər Şurasına sədrlik etdi - FOTO

 

BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində nazir Elmar Məmmədyarovun sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər şurasının qeyri-rəsmi görüşü keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov üzv dövlətlərin müxtəlifliyinin və regionun malik olduğu zəngin iqtisadi potensialının əsasında İƏT-ə üzv dövlətlər üçün iqtisadi əməkdaşlığın faydasının artırılması istiqamətində əlverişli imkanların yaradıldığını bildirib.

 

 

Elmar Məmmədyarov bu əməkdaşlığın inkişaf etdirilməsində əsas hədəflərin müəyyən edilməsinin və nəticə yönümlü əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu söyləyib. İƏT çərçivəsində Cənubi Qafqaz regionunun da həlli uzanmış münaqişələrdən əziyyət çəkdiyini deyən nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin regionda əsas qeyri-sabitlik mənbəyi olduğunu, iqtisadi inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün başlıca maneə yaratdığını qeyd edib. Onun sözlərinə görə, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll edilməsindən başqa alternativ yolu mövcud deyil. Elmar Məmmədyarov bu xüsusda davamlı dəstəklərinə və birgə mövqelərinə görə İƏT-ə üzv dövlətlərə təşəkkürünü ifadə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar