Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda etnik və dini zəmində tarixən mövcud olan tolerantlıq və bütün dini icmaların nümayəndələri üçün yaradılmış lazımi şərait, Azərbaycanın İsrail ilə əlaqələri və Yaxın Şərqdəki vəziyyət barəsində fikir mübadiləsi aparılıb.