Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavinini qəbul edib
31 oktyabr 2013 20:22 (UTC +04:00)

Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavinini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ruslan Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə təbriklərini çatdırıb.

 

R.Demçenko Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Bakıda keçirilən Humanitar forumda iştirak etdiyini nəzərə çatdıran R.Demçenko Forumun yüksək səviyyədə təşkil olunduğunu və Ukraynanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu bildirib.

 

E.Məmmədyarov Azərbaycanla Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu vurğulayıb. O, Ukraynanın ATƏT-in Fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirib.

 

Görüşdə hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar