Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşüb
25 sentyabr 2013 15:27 (UTC +04:00)

Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində sudanlı həmkarı Əli Əhməd Karti ilə görüş keçirib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini söyləyib.

 

Əli Əhməd Karti Azərbaycanın Sudana verdiyi köməyə və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Sudanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar daim Azərbaycanın yanında olacağını nəzərə çatdırıb. Sudan dövlətinin Azərbaycanla bütün sahələrdə, xüsusən də investisiya yatırımı sahəsində əməkdaşlığa hazır olduğunu qeyd edən Əli Əhməd Karti Azərbaycandan olan iş adamlarından ibarət biznes missiyasının təşviq edilməsini xahiş edib.

 

Elmar Məmmədyarov Azərbaycanın da Sudanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dilə gətirib və iki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar