Elmar Məmmədyarov Qvineyaya getdi
08 dekabr 2013 20:16 (UTC +04:00)

Elmar Məmmədyarov Qvineyaya getdi

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qvineyaya yola düşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 9-11 dekabrda Qvineyanın paytaxtı Konakri şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında iştirak etməkdir. Sessiya “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili” adı altında keçiriləcək.

 

Tədbirdə nazirin çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar