Nazir Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib.
Lent. az-ın məlumatına görə, o, etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova verib.
Nazir səfiri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunmuş və mövcud əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.