Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Polşanın Krakov şəhərinə səfərə gedir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sabah xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Krakov şəhərində keçiriləcək Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
İclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.