Elmar Məmmədyarov Hindistan prezidentinin müavini ilə görüşüb
03 may 2013 22:45 (UTC +04:00)

Elmar Məmmədyarov Hindistan prezidentinin müavini ilə görüşüb

 

Elmar Məmmədyarov Hindistan prezidentinin müavini ilə görüşüb

Cari il may 3-də xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Hamid Ansari ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən,  görüş zamanı Hindistan rəsmisi ölkəsinin enerji, sənaye və informasiya texnologiyaları sahələrində əldə etdiyi nailiyyətlərdən danışıb, bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Bundan başqa Hamid Ansari qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd edib.

 

Elmar Məmmədyarov qəbula görə qarşı tərəfə təşəkkür edərək, Azərbaycanla Hindistan arasında enerji, ticarət və  mədəniyyət sahələrində münasibətlərin inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulayıb.

 

Görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar