Elmar Məmmədyarov Halil Akıncını qəbul edib
10 aprel 2013 17:50 (UTC +04:00)

Elmar Məmmədyarov Halil Akıncını qəbul edib

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncını qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdə Halil Akıncı Nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə  Əməkdaşlıq Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və  fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar