Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin şurasında iştirak edib
27 sentyabr 2013 12:45 (UTC +04:00)

Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin şurasında iştirak edib

Xarici işlər naziri Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan dövlətlərin xarici işlər nazirləri ilə də görüşüb

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM”ın xarici işlər nazirlərinin şurasında və Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan dövlətlərin xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdə iştirak edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında sahəvi əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Elmar Məmmədyarov, bu əməkdaşlığın dərinləşdirilməsinin dövlətlər arasında daha sıx əlaqələrin yaradılmasına və beynəlxalq aləmdə birgə səylərlə çıxış etmələrinə imkan yaradacağını söyləyib.

 

GUAM xarici işlər nazirlərinin şurası tərəfindən tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlar ilə əlaqələr, BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə çıxarılacaq “BMT və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM” arasında əməkdaşlıq” adlı qətnamə layihəsi, nəqliyyat, turizm, iqtisadiyyat, mədəniyyət, elm və energetika kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan dövlətlərin xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdə isə tərəflər qarşıdan gələn Vilnüs zirvə görüşünün gündəliyini müzakirə edib və imzalanacaq sənədlər barəsində fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qurulmuş strateji əməkdaşlığın digər sahələrə də tətbiq edilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar