Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İƏT baş katibi Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib və ölkəmizin təşkilat içindəki fəaliyyətini yüksək qiymətləndirib. Görüş zamanı həyata keçiriləcək birgə layihələr və təşkilatın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar aksiyalar haqda söz açılıb və bu aksiyalar yüksək qiymətləndirilib.