Elmar Məmmədyarov BP-nin baş icraçı direktoru ilə görüşüb
05 sentyabr 2013 14:53 (UTC +04:00)

Elmar Məmmədyarov BP-nin baş icraçı direktoru ilə görüşüb

Sentyabrın 4-də xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində  BP Qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ölkəmiz ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Müzakirələr zamanı hər iki tərəf enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın və etimadın səviyyəsindən məmnunluğunu ifadə edərək, bu kimi tərəfdaşlıq münasibətləri nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin həyata keçirilməsinin mümkün olduğunu vurğulayıb. Avropa regionunun təbii qaz təchizatında yeni imkanlar açan Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin böyük potensialı xüsusilə qeyd edilib. Eyni zamanda səmərəli əməkdaşlığın bundan sonra daha da böyük əzmlə davam etdirilməsinə və yeni layihələrin də uğurla nəticələnəcəyinə  ümid ifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar