Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək
02 sentyabr 2013 17:37 (UTC +04:00)

Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov 3-5 sentyabr tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.

Elmar Məmmədyarovun səfər çərçivəsində Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar