Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfirini qəbul etdi
09 sentyabr 2013 19:03 (UTC +04:00)

Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfirini qəbul etdi

0

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İrfan Siddiqi qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İrfan Siddiqi Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Görüşdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Britaniyalı səfir iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsinin tərəfdarı olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar