Elmar Məmmədyarov BMT Agentliyinin baş katibi ilə görüşüb
26 sentyabr 2013 12:28 (UTC +04:00)

Elmar Məmmədyarov BMT Agentliyinin baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınlarının vəziyyətinin yaxşılaşdırılması və onların işi üzrə Agentliyinin baş katibi və baş komissarı Filippo Qrandi ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Filippo Qrandi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barəsində məlumat verərək, əsas məqsədlərinin fələstinli qaçqınlara yardım edilməsi və bu sahədə əməkdaşlığın əlaqələndirilməsi olduğunu bildirib.

 

Filippo Qrandi Azərbaycanın təşkilata töhfəsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Elmar Məmmədyarov isə Azərbaycanın beynəlxalq səviyyədə etdiyi humanitar yardımlar barəsində ətraflı məlumat verib. O, Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və onun fəaliyyəti haqqında danışıb və birgə əməkdaşlıq üçün imkanların olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361
avatar

Oxşar yazılar