Elmar Məmmədyarov Benyamin Netanyahu ilə görüşüb
24 aprel 2013 11:59 (UTC +04:00)

Elmar Məmmədyarov Benyamin Netanyahu ilə görüşüb

0

Yaxın Şərq regionunda gedən proseslər barədə fikir mübadiləsi aparılıb

 

 

Aprelin 23-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq bildirilib və bu səfərin ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.

 

Görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar