Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri ilə görüşüb
20 fevral 2013 18:27 (UTC +04:00)

Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri ilə görüşüb

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirilib və iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

 

Nazirlər beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsini də əhəmiyyətli sayıblar. Elmar Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında öz həmkarına məlumat verib. Nazirlər arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar