Elmar Məmmədyarov Azərbaycan-Ukrayna tərəfdaşlığından danışdı
31 oktyabr 2013 17:33 (UTC +04:00)

Elmar Məmmədyarov Azərbaycan-Ukrayna tərəfdaşlığından danışdı

Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib. 

Lent. az-ın məlumatına görə, Ruslan Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə səmimi təbriklərini bildirib, Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu deyib.

Bakıda keçirilən Humanitar forumda iştirak etdiyini deyən Ruslan Demçenko Forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in Fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, Xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418
avatar

Oxşar yazılar