Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən Eduard Lintnerin başçılıq etdiyi Avropa Parlamentində Almaniya Federativ Respublikasını təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi, seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunmuş və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə bildirilib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərini 2 minə yaxın xarici müşahidəçi izləyəcək və onların öz missiyalarını yerinə yetirməsi üçün lazımi şərait yaradılıb. Görüşün sonunda Elmar Məmmədyarov regionda gedən proseslər barədə məlumat verib, ölkəmizin xarici siyasətinin bir sıra istiqamətlərinə dair sualları cavablandırıb.