Elmar Məmmədyarov Aviqdor Libermanla görüşüb
22 aprel 2013 12:09 (UTC +04:00)

Elmar Məmmədyarov Aviqdor Libermanla görüşüb

0

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman ilə görüşüb.

 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini dilə gətirib. O, beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib. Görüşdə Yaxın Şərqdə gedən proseslər də diqqət mərkəzində olub. Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib. Azərbaycanın xarici işlər naziri ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib. 

 

Aviqdor Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini söyləyib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə olunub. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 619

Oxşar yazılar