Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev açıqlama verib. O bildirib ki, səfər zamanı nazirin Baş Assambleyada çıxışı və ikitərəfli görüşləri planlaşdırılıb.