Elmar Məmmədyarov AB-nin xüsusi nümayəndəsini qəbul edib
29 may 2013 20:31 (UTC +04:00)

Elmar Məmmədyarov AB-nin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AB ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Azərbaycan və AB arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, xüsusilə enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin formalaşması yüksək qiymətləndirilib. Bu əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd edilib. 

 

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq deyib ki, münaqişənin həllinin uzanması regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllinə əsas maneə hesab edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. 

 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar