Elmar Məmmədyarov  ATƏT DTİHB ilə əməkdaşlığın perspektivlərini şərh edib
05 dekabr 2013 21:50 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT DTİHB ilə əməkdaşlığın perspektivlərini şərh edib

“Azərbaycan ATƏT-in bütün institutları ilə əməkdaşlığı davam etdirəcək”.

APA-nın məlumatına görə, bu barədə bu gün jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Azərbaycan və ölkədə keçirilmiş prezident seçkiləri barədə tənqidi rəy vermiş ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) arasında əməkdaşlığın perspektivlərini şərh edərkən bildirib.

 

ATƏT DTİHB-in müşahidəçilərinin gələcəkdə Azərbaycanda seçkilərin monitorinqi prosesinə dəvət olunacaqları ilə bağlı sualı şərh edən nazir bildirib: “Növbəti seçkilərə hələ çox vaxt olduğundan kimin dəvət olunub-olunmayacağını demək çətindir. Əlbəttə ki, biz ATƏT-in bütün institutları ilə əməkdaşlığı davam etdirəcəyik. Lakin mən bugünkü  çıxışımda qeyd etdim ki, Azərbaycan həmişə ATƏT DTİHB-in rəyi ilə razı olmur. Və biz bunu onlara açıq şəkildə bəyan etdik. Seçkiləri müşahidə edən 50 təşkilatdan 49-u razı qalıb və yalnız biri – narazı olub. Bu, əlbəttə ki, onların mövqeyini şübhə altına qoyur”, deyə nazir bildirib.   

 

Xatırladaq ki, Azərbaycanın rəsmi şəxsləri ATƏT DTİHB-in ölkədə keçirilmiş prezident seçkiləri ilə bağlı rəyini qərəzli adlandırıblar. Azərbaycan Mərkəzi Seçki Komissiyası bəyanatında  Azərbaycanın ATƏT DTİHB ilə gələcək əməkdaşlığı sual altına qoyulmuşdu. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar