Elmar Məmmədyarov: “Son iki ildə Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq var”
21 may 2013 18:09 (UTC +04:00)

Elmar Məmmədyarov: “Son iki ildə Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq var”

 

“Son iki ildə Dağlı Qarabağla bağlı danışıqlarda durğunluq var”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, status-kvo dəyişdirilməlidir. Elmar Məmmədyarov daha sonra münaqişənin həlli prosesinin tarixindən danışıb. Xarici işlər naziri qeyd edib ki, Kazan və Soçi görüşlərində sonra danışıqlarda durğunluq yaranıb.

 

 

Sergey Lavrov isə status-kvonun qəbuledilməz olduğunu söyləyib: “Sözsüz ki, status-kvo qəbuledilməzdir. Status-kvo həm Azərbaycan, həm də Ermənistan üçün qəbuledilməzdir. O cümlədən Dağlıq Qarabağda yaşayan əhali üçün... Xüsusi ilə də Rusiya üçün qəbuledilməzdir. Çünki, Rusiya Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar