Elmar Məmmədyarov: ”Danışıqlar nəticə verməyib”
26 aprel 2013 13:51 (UTC +04:00)

Elmar Məmmədyarov: ”Danışıqlar nəticə verməyib”

0

Mayın 17-18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.


 

APA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasına bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovun danışıqlarda tərəqqi olmadığına dair fikirlərini bölüşür və mövcud status-kvo qəbuledilməzdir: “Mən Lavrovla razıyam. Biz əvvəlcə Praqa danışıqlarına başladıq, sonra 2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. 2009-cu ildən prezidentlərin görüşləri başladı. Daha sonra yenilənmiş Madrid prinsipləri təklif olundu. Lakin bu danışıqlar hələlik nəticə verməyib. Biz hələlik staqnasiya (durğunluq – red.) mərhələsindəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar