Elmar Məmmədyarov: ”Biz ABŞ-ın dəstəyinə dəyər veririk ”
26 sentyabr 2013 10:07 (UTC +04:00)

Elmar Məmmədyarov: ”Biz ABŞ-ın dəstəyinə dəyər veririk ”

Azərbaycanın xarici işlər naziri Nyu Yorkda keçirilən Xəzər Forumunda çıxış edib


 “Strateji baxımdan vacib layihələr nəinki Azərbaycanın müstəqilliyini və suverenliyini təmin edir, həm də ölkənin dünyanın ən sürətli inkişaf edən iqtisadiyyata malik olmasına imkan verir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan Xəzər Forumunda çıxışında deyib.

E. Məmmədyarov Bakı-Ceyhan-Tiflis və Cənub dəhlizinin bölgənin inkişafında rolunu xüsusi qeyd edib. O, Bakı-Tiflis-Ceyhan layihəsinə dəstək verdiyinə görə ABŞ-a təşəkkür edib: “Biz ABŞ-ın dəstəyinə dəyər veririk. Bu dəstək olmasa, biz bu bölgədə mürəkkəb vəziyyətlə üzləşə bilərdik. Hazırda biz görürük ki, Bakı-Tiflis-Ceyhan, Cənub dəhlizi kimi layihələr bölgənin inkişafına kömək edir. Bəli, bizim regionda problemlər var, lakin mən inanıram ki, biz bu istiqamətdə irəliləməyə davam etsək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın millətçi ambisiyalardan üstün olduğuna dair arqumentimiz möhkəmlənər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar