Elmar Məmmədyarov: “Bir neçə mollanın verdiyi bəyanatları saymasaq...”
23 may 2013 13:19 (UTC +04:00)

Elmar Məmmədyarov: “Bir neçə mollanın verdiyi bəyanatları saymasaq...”

 

“İstənilən qonşu ölkələr kimi Azərbaycanla İranın da münasibətlərində nahamarlıq var, lakin biz ümumi dil tapa bilirik”. 

APA-nın məlumatına görə, bu fikirləri  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Nezavisimaya qazeta”ya müsahibəsində deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan həmişə siyasəti öz milli maraqlarından çıxış edərək qurmağa çalışır: “Mənim İsrailə səfərim zamanı bir neçə mollanın verdiyi bəyanatları saymasaq, deməzdim ki, İranla çətinliklərimiz var.  Bu günlərdə İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon danışığım oldu.  O məni Tehrana konfransa dəvət etdi, təəssüf ki gedə bilməyəcəyəm. Salehi İranda prezident seçkilərinə kimi Bakıya gəlmək arzusunu ifadə etdi. Qısası, hər qonşu dövlət arasında olduğu kimi bizim də İranla münasibətlərimiz hamar deyil, lakin biz ümumi dil tapırıq”.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Elmar Məmmədyarov problemin həllinə yönəlik səyləri üçqat artırmağa çağırıb: “Status məsələsinin həllinə qədər danışıqlar masasını mürəkkəbliklərdən təmizləmək lazımdır. Bu situasiyada bunlar - hərbi faktorun mövcudluğu, güc tətbiqi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarında qalması, qaçqınlar və məcburi köçkünlər kimi sosial partlayışa səbəb ola biləcək elementin mövcudluğudur. Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə tərəfdardır. Biz bir neçə il əvvəl Rusiyanın köməyi ilə təşkil olunmuş qarşılıqlı səfərlərin bərpasını təklif edirik. O zaman iki belə səfər təşkil olundu. Lakin sonradan Ermənistan buna qadağa qoydu. Bu, etimad mühiti formalaşdırmaq üçün ciddi tədbirdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar