Prezident İlham Əliyev Elman Həmid oğlu Araslıya Azərbaycan xarici əlaqələrinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünü təyin edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.