Elman Abdullayev “Brukinqs İnstitutu”nda
02 may 2013 06:12 (UTC +04:00)

Elman Abdullayev “Brukinqs İnstitutu”nda

 

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Brukinqs İnstitutu” (“Brookings İnstitution”) ABŞ-ın nüfuzlu Mərkəzində “Cənub Enerji Dəhlizi – geosiyasi oyun dəyişdiricisi” adlı konfransda çıxış edib. E.Abdullayev çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk günündən regionda təhlükəsizliyin təmin edilməsi məsələsinin ölkə qarşısında duran ən böyük problemlərdən biri olduğunu və Azərbaycanın hər zaman regionda müəyyənlik və sabitliyə nail olunmasına çalışdığını qeyd etdi. O bildirib ki, Cənub Dəhlizi bütün region üçün məhz müəyyənlik və sabitliyə imkan yaradır və bu təşəbbüs yalnız enerji təhlükəsizliyi deyil, eyni zamanda ümumiyyətlə regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir.

 

E.Abdullayev Cənub Dəhlizinin ən mühüm komponenti olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin Azərbaycan və Türkiyə rəhbərliyinin müdrikliyinin nəticəsi olduğunu qeyd edib, belə ki Avropa İttifaqının qeyri-müəyyənliyi hər iki ölkənin liderlərini birgə səy göstərərək, bu layihənin reallığa çevrilməsi üçün son qərarın qəbul edilməsinə gətirib.

 

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və sonradan Bakı-Tbilisi-Qars layihələri bütün ciddi çətinliklərə baxmayaraq reallığa çevrildiyini xatırladan E.Abdullayev bütün bu layihələrin geosiyasi dəyərinin göz qarşısında olduğunu vurğulayıb. O, diversifikasiyanın enerji təhlükəsizliyindən savayı Cənubi Qafqaz regionun təhlükəsizliyi və sabit gələcəyi olduğunu, burada əsas məqsədin kiminlə isə rəqabət aparmaq deyil, regionun daha yaxşı gələcəyidir. E.Abdullayev bu kontekstdə bildirib ki, Azərbaycan bu prosesə regionun bütün ölkələrini cəlb etməyə çalışır və Ermənistan tərəfinə apardığı işğalçı siyasət nədənindən hər gün itirilən imkanları barədə bir çox açıq mesajlar verilib.

 

Eyni zamanda o qeyd etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyənin faydalandığı sözügedən irimiqyaslı layihələrin gerçəkliyə çevrilməsi regionda birgə səylərin əhəmiyyətini və eləcə də bu ölkələrin etibarlı tərəfdaş olduqlarını bir daha nümayiş etdirir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418
avatar

Oxşar yazılar