Əli Kərimlinin oğlu 25 sutka azadlıqdan məhrum edildi
23 sentyabr 2013 17:14 (UTC +04:00)

Əli Kərimlinin oğlu 25 sutka azadlıqdan məhrum edildi

Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onunla birgə saxlanılan iki nəfərin – Ülvi Nuriyev və Coşqun Salahovun məhkəməsi keçirilib.


 

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, T. Kərimli və C. Salahov 25 sutka, Ü. Nuriyev isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib: “Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.

 

O. Mansurzadə, həmçinin qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub: “Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib ”.

 

Onlar İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (polisə tabe olmama) maddəsi ilə ittiham olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar