Əli Hüseynli: “Seçki komissiyaları ilə bağlı qərarları dəyişmək fikrimiz yoxdur”
17 may 2013 15:41 (UTC +04:00)

Əli Hüseynli: “Seçki komissiyaları ilə bağlı qərarları dəyişmək fikrimiz yoxdur”

“ATƏT-in və digər beynəlxalq təşkilatların seçki komissiyaları ilə bağlı belə bir yanaşması var ki, guya biz seçki komissiyalarının formatını dəyişmiriksə, deməli, heç nə etməmişik. Bu, onların seçki qanunvericiliyi ilə əlaqədar bizə mütəmadi yanaşmasıdır”.


 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynli bildirib ki, beynəlxalq qurumların yanaşmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, seçki komissiyaları peşəkar fəaliyyət göstərən inzibati orqandır: “Seçki komissiyalarının formalaşması ilə bağlı bizim vaxtilə qəbul etdiyimiz qərarları dəyişmək fikrimiz yoxdur. Buna ehtiyac da görmürük”.

 

Komitə sədri qeyd edib ki, indiyə qədər seçki qanunvericiliyi ilə bağlı Azərbaycanda çox fundamental işlər görülüb, çoxlu dəyişikliklər edilib: “Əlbəttə, elə məsələlər var ki, qanunvericilikdə əksini tapıb, amma təcrübədə onu daha yaxşı həyata keçirmək lazımdır, bu da başqa mövzudur. Mərkəzi Seçki Komissiyası bu istiqamətdə treninqlər keçirir, fəaliyyət göstərir. Hesab edirəm ki, davamlı fəaliyyət göstərən, əməkhaqqı ödənən seçki administrasiyasının formalaşması bizim uğurumuzdur. Onlar da öz peşəkarlıqlarının üzərində işləməlidirlər və bu proses gedir”.

 

Seçki qanunvericiliyi ilə bağlı son dəyişiklikləri xatırladan Ə. Hüseynlinin sözlərinə görə, yaxın gələcəkdə yeni dəyişiklik gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar