Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxarıb.
Onun yerinə isə Fərhad Təhməzov təyin olunub.
Bunu Modern.az saytına qurumun mətbuta xidmətinin rəhbəri Elçin Qədimov da təsdiqləyib.
Modern.az saytının əldə etdiyi məlumata görə bir neçə gün öncə Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçrilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsləsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbiləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb.
Digər məlumata görə artıq Ayaz Orucovun rəhbərliyi ilə indiyədək tikilən binalarla bağlı yoxlamalara başlanılıb.
Qeyd edək ki, bu günə kimi qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinə Ayaz Orucov rəhbərlik edib, o həm də Beyləqandan deputat seçilib.
Əli Həsənov deputatı işdən çıxardı
2657